Pirallahıda Azərbaycan Polisi Günü - FOTO

15:23 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

02 iyul 2026-cı il tarixində Pirallahı rayon Polis İdarəsinin inzibati binasında "Azərbaycan Polisi Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları və Rayon Polis İdarəsinin kollektivi iştirak ediblər.

Hafta.az xəbər verir ki, tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlayıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov tədbiri açaraq polis əməkdaşlarını 02 iyul - Azərbaycan Polisi günü münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Çıxış zamanı həmçinin, Pirallahı rayonunda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Rayon Polis İdarəsinin şəxsi heyətinin rolu xüsusi qeyd edilib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov öz çıxışında qeyd edib ki, 1918-ci il 2 iyul tarixində yaranan Azərbaycan Polisi bu il 108-ci ildönümünü qeyd edir. RİH başçısı vurğulayıb ki, 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb və bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşü gənc kadrların hazırlanması kimi üzərilərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. V.İmanov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin və qanunçuluğun bərpasında hüquq-mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının müstəsna xidmətləri olub. Qeyd edildi ki, məhz Ümummilli Liderin 1998-ci ildə imzaladığı Sərəncamla 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi təsis edilib ki, bu da polis orqanlarına dövlət qayğısının bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar. İcra başçısı bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar nəticəsində daxili işlər orqanlarının maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilib, əməkdaşların sosial müdafiəsi gücləndirilib və xidmətin səmərəliliyi daha da artırılıb. Çıxış zamanı Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində polis əməkdaşlarının göstərdikləri qəhrəmanlıq xüsusi vurğulanıb. Şəhid olmuş polis əməkdaşlarının əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirən icra başçısı onların ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti ölkədə ictimai asayişin, sabitliyin və təhlükəsizliyin qorunmasını dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi daim diqqətdə saxlayır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ifadə etdiyi "Polisə olan hörmət dövlətə olan hörmətdir" tezisi, hüquq-mühafizə orqanlarının cəmiyyətdəki rolunu və dövlətçiliyin qorunmasındakı əhəmiyyətini vurğulayan fundamental dövlət prinsiplərindən biridir.

Sonra tədbirdə çıxış edən Pirallahı rayon prokuroru Zaur Axundzadə,  Dövlət Təhlükəsizliyi Xidməti Pirallahı rayon şöbəsinin rəisi Pərviz Mİrzəyev, Pirallahı rayon məhkəməsinin sədri Faiq Qasımov polis əməkdaşlarını 2 iyul - Azərbaycan Polisi günü münasibətilə təbrik edərək bildiriblər ki, Azərbaycan polisi yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib. 

Tədbirin sonunda  bir qrup polis əməkdaşına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən rütbələr təqdim olunub və nazirin təbrik məktubu diqqətə çatdırılıb. Yekun olaraq rayonun ictimai həyatında fərqlənən bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib.

Pirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLARPirallahıda Azərbaycan Polisi Günü qeyd edildi - FOTOLAR